SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Azərbaycanda ağır qəza - polis əməkdaşı öldü

Azərbaycanda ağır qəza - polis əməkdaşı öldü

Tarix:

16-01-2022, 10:20

/ 518 dəfə oxundu.
Azərbaycanda ağır qəza - polis əməkdaşı öldü

Qəbələdə ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Xalqxeber.az qafqazinfo-ya istinadən xəbər verir ki,  hadisə yanvarın 14-də Seyidlər adlı yaşayış məntəqəsində baş verib.

Belə ki, “Vaz-21015” markalı avtomobillə “Mercedes Vito” markalı maşının toqquşub. Qəza nəticəsində “Vaz-21015”in sürücüsü, 2000-ci il təvəllüdlü Şərifov Səfər Sərvan oğlu ağır bədən xəsarətləri alıb. O, ötən gün Bakıda xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, Şərifov Səfər Qəbələ rayon Polis Şöbəsinin əməkdaşıdır. 22 yaşlı polis serjantı rayonun Cığatelli kəndindəndir.

Şərhlər

XƏBƏR LENTİ