Zorla ərə verilən qız intihar etdi - 4 ay əvvəl toyu olmuşdu...
Biləsuvar rayonunda gənc qadın intihar edib. Hadisə rayonun Bəydili kəndində qeydə alınıb. Məlumata görə, Aşağı Cürəli kəndindən olan Abbasova Könül Sakit qızı 4 ay əvvəl xalası oğlu ilə ailə quraraq Bəydili kəndinə gəlin köçüb. Bu gün isə o, tavandan asılı vəziyyətdə tapılıb.
Onun ata-anası tərəfindən xalası oğluna məcburən ərə verildiyi qeyd olunur.
Bəydili kənd bələdiyyəsinin sədri İlqar Kərimov açıqlamasında intihar faktını təsdiqləyib. Bildirib ki, hadisənin hansı səbəbdən baş verdiyi hələ ki bilinmir.
Xatırladaq ki, ötən ay Biləsuvar rayonunun Bəydili kəndində daha bir intihar hadisəsi qeydə alınmışdı. Kənd sakini 31 yaşlı Esmira Həsənova özünü yaşadığı evdə asmışdı. O, intihar etməmişdən əvvəl məktub yazaraq həyatından və problemlərdən bezdiyini, ölümündə heç kimin günahkar olmadığını bildirmişdi.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?