"AMAY Abdulla"nın dələduzluqda təqsirləndirilən işçiləri məhkəmə zalından həbs edildi
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən "Xudafərin" MMC-nin vəzifəli şəxsləri - Anar Məmmədov, Ramiz Quluzadə, Nicat Məmmədov, Cavid Qurbanov və Türkiyə vətəndaşı Emin Gülün cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Unikal.org xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.
Məhkəmənin hökmü ilə A.Məmmədov 8 il, R.Quluzadə isə 8 il müddətinə azadlıqdan məhrum edilib. Onlar məhkəmə zalından həbs olunub. Hökmə əsasən, barələrində ev dustaqlığı qətimkan tədbiri seçilmiş digər şəxslərə isə şərti cəza verilib.
Qeyd edək ki, "Xudafərin" MMC-nin vəzifəli şəxsləri - Anar Məmmədov, Ramiz Quluzadə, Nicat Məmmədov, Cavid Qurbanov və Emin Gülə qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunur.
Onların barəsində həbs qətimkan tədbiri seçilməyib.
Cinayət işində 47 zərərçəkmiş var. Təqsirləndirilən şəxslər ümumilikdə 2 milyon manat dəyərində dələduzluq etməkdə təqsirli bilinirlər.
Məhkəmədə elan olunmuş ittiham üzrə Anar Məmmədovla Ramiz Quluzadə özlərini qismən təqsirli bildiklərini, digərləri isə özlərini təsirli bilmədiklərini deyib.
Xatırladaq ki, "Xudafərin" MMC "AMAY Abdulla" kimi tanınan iş adamı Abdulla Abdullayevə məxsusdur.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır