SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Yevlaxda dəhşət: Kənd sakini həyat yoldaşını baltalayıb

Yevlaxda dəhşət: Kənd sakini həyat yoldaşını baltalayıb

Tarix:

13-01-2021, 13:44

/ 836 dəfə oxundu.
Yevlaxda dəhşət: Kənd sakini həyat yoldaşını baltalayıb

Yevlaxda arvadını baltalayaraq ağır xəsarət yetirməkdə şübhəli bilinən Qarayev Mehdi Atakişi oğlu tutulub.

APA-nın yerli bürosunun xəbərinə görə, o, polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa cəlb olunub.

***

Yevlaxda kişi arvadına balta ilə xəsarət yetirib.

Rayonun Hacıselli kəndi sakini, 1977-ci il təvəllüdlü Qarayeva Elnarə Qatar qızı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Başından balta zərbəsi alan, barmaqlarının bir neçəsi kəsilən və sümükləri sındırılan qadını ərinin döydüyü və xəsarət yetirdiyi müəyyənləşib.

Faktla bağlı araşdırma başlanılıb.

Şərhlər

XƏBƏR LENTİ