XalqXəbər.Az

www.XALQXEBER.az » Hadisə » 23 yaşlı oğlan bibisini baltalayıb - Abşeronda DƏHŞƏT

23 yaşlı oğlan bibisini baltalayıb - Abşeronda DƏHŞƏT

23 yaşlı oğlan bibisini baltalayıb - Abşeronda DƏHŞƏT
4-12-2017, 10:06

Abşeronda ağır cinayət törədilib.

Rayonun Masazır qəsəbəsinin sakini, 1994-cü il təvəllüdlü Vüsal Şıxəliyev qısqanclıq zəminində bibisi, 1975-ci il təvəllüdlü Yeganə Şıxəli qızı İmamverdiyevaya balta ilə xəsarət yetirib. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Hadisəni törədən V. Şıxəliyev tutulub. O, ifadəsində hadisəni Y. İmamverdiyevanın oğlu, 1999-cu il təvəllüdlü Kamillə birgə törətdiyini bildirib.

Faktla bağlı Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.