XalqXəbər.Az

www.XALQXEBER.az » Hadisə » Jurnalistləri təhqir edən iş adamının oğlu HƏBS EDİLDİ

Jurnalistləri təhqir edən iş adamının oğlu HƏBS EDİLDİ

Jurnalistləri təhqir edən iş adamının oğlu HƏBS EDİLDİ
6-07-2020, 14:52

Sərtləşdirilmiş xüsusi karantin rejimini pozaraq "Fairmont Baku" hotelində istirahət edən İsmayıl Babayevlə bağlı qərar çıxarılıb.

Bu barədə Səbail Rayon Məhkəməsi qərar çıxarıb.

Qərara əsasən, ona 20 sutka inzibati həbs cəzası verilib.

Qeyd edək ki, ötən gün iş adamı Fətulla Babayevin oğlu 1992-ci ildə Cəlilabad rayonunda anadan olmuş İsmayıl Babayev "Fairmont Baku" hotelində istirahət edən zaman polis əməkdaşları tərəfindən saxlanılıb. O, hoteldən çıxarkən jurnalistləri təhqir edib.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.