XalqXəbər.Az

www.XALQXEBER.az » Hadisə » İt döyüşlərini təşkil edənlər saxlanıldı

İt döyüşlərini təşkil edənlər saxlanıldı

İt döyüşlərini təşkil edənlər saxlanıldı
28-05-2020, 12:18

"Bir neçə gün əvvəl sosial şəbəkələrdə naməlum şəxslər tərəfindən təşkil edilən it döyüşlərini əks etdirən videogörüntülər paylaşılıb".

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Zeyni Hüseynov bildirib ki, məsələ dərhal nazirlik tərəfindən nəzarətə götürülüb və araşdırılması üçün göstəriş verilib.

“Polis əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz tədbirlər nəticəsində həmin videogörüntülərdə əks olunan 6 nəfərin hər birinin şəxsiyyəti müəyyən edilmiş və onlardan 4-ü – Bakı şəhər sakinləri Rüfət Bədəlov, Hüseyn Əliyev, Murad Ştayev və Qubadlı rayon sakini, hazırda Sumqayıt şəhərində yaşayan Mətləb Əliyev saxlanılmışlar. Onların törətdikləri əmələ uyğun məsuliyyətin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar aparılır və nəticəsindən asılı olaraq hüquqi qiymət veriləcəkdir. Digər 2 nəfərin saxlanılması üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.

İlkin araşdırmalarla o da müəyyən edilmişdir ki, sosial şəbəkələrdə yayılan videogörüntülər 2019-cu ilin sentyabr ayında Abşeron rayonu ərazisində çəkilmişdir”, o bildirib.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.