Şirvanda tükürpədici qətl : Ər arvadının şah damarını yatdığı yerdə kəsib
Ötən gün Şirvan rayonunda dəhşətli qətl hadisəsi törədilib...
Kişi həyat yoldaşının boğazını kəsərək qətlə yetirib.
Hadisə Sənaye zonasında baş verib. 1984-cü il təvəllüdlü Nağıyev Sahib İdris oğlu ailə-məişət münaqişəsi zəminində həyat yoldaşı - Zəngilan rayon sakini, 1986-cı il təvəllüdlü Nağıyeva Pərvanə Vaqif qızını yaşadıqları mənzilin yataq otağında qətlə yetirib.
O, həyat yoldaşını çarpayıda yatdığı halda boğaz nahiyəsinin əsas damarını bıçaqla kəsib. Çox qan itirən Pərvanə Nağıyeva hadisə yerində ölüb.
Pərvanə Nağıyeva 2 uşaq anası olub. Qətlin hansı səbəbdən baş verdiyi araşdırılır.
Sahib Nağıyevin anası bildirib ki, hadisə zamanı o evdə olub:
“Saat 8-9 radələrində Sahib evə gəldi. Sonra ər-arvad yuxarı evə getdilər. Bir azdan oğlum qayıdıb gəldi. Soruşdum ki, Pərvanə hanı? Dedi ki, yatıb, qoy yatsın. Sonra Sahib təzə evi su basıb deyərək, uşaqlarını da götürüb getdib, biz gedirik evə baxmağa.
Suyu bağlayıb gəlirik. Mən də evdə tək qaldım. Gəlinin yanına getmədim ki, bir az əsəbidir. Qoy yatsın. Sonra bildim ki, gəlin ölüb. Mənim gəlinimin günahı yoxdur”.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...