SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » İsmayıllı sakinindən qanunsuz saxladığı ov tüfəngi götürülüb

İsmayıllı sakinindən qanunsuz saxladığı ov tüfəngi götürülüb

Tarix:

13-02-2020, 11:16

/ 704 dəfə oxundu.
İsmayıllı sakinindən qanunsuz saxladığı ov tüfəngi götürülüb

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi məqsədilə növbəti əməliyyat tədbiri keçirilib.
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə rayonun Qalınçaq kənd sakini Namiq Babayevdən müvafiq sənədləri olmayan “TOZ” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Şərhlər

XƏBƏR LENTİ