XalqXəbər.Az

www.XALQXEBER.az » Hadisə » AİLƏSİ ONU AXTARIR

AİLƏSİ ONU AXTARIR

AİLƏSİ ONU AXTARIR
3-02-2020, 16:27

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Qusar rayonu Bədirqala kənd sakini, 14.04.2006-cı il təvəllüdlü Əmrahov Əmrah Narulla oğlu cari ilin fevral ayının 1-də axşam saatlarında yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.
Əmrah Əmrahovun əlamətləri belədir: Boyu 155-160 sm., orta bədən quruluşlu, qısa saçlı, sağ qaşında xırda çapıq var. Azərbaycan və ləzgi dillərində sərbəst danışır.
Evdən çıxan zaman onun əynində qara idman şalvarı, qara qısa gödəkcə və qara rəngli idman papağı olub.
Şəkildə gördüyünüz yeniyetməni tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Qusar Rayon Polis Şöbəsinə və 023-385-28-22 şəhər nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.