Bakıda evdən 2700 manatlıq oğurluq edilib.
Hadisə paytaxtın Nəsimi rayonu, Rəsul Rza küçəsində qeydə alınıb.
Belə ki, naməlum şəxs 2019-cu ilin dekabr ayının 10-dan yanvarın 18-i aralıqlarında C.Abbaszadənin evinin pəncərəsindən otağa daxil olub. Həmin şəxs evdən 2200 manat pul və 500 manat dəyərində qızıl-zinət əşyaları oğurlayıb.
C.Abbaszadə həmin müddət ərzində mənzildə olmayıb.
Daha sonra o, hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edib.
Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Rza Hüseynzadə tutulub.
Faktla bağlı araşdırma aparılır.