Bakıda evdən pul və qızıl oğurlandı

Bakıda evdən pul və qızıl oğurlandı Bakıda evdən 2700 manatlıq oğurluq edilib.

Hadisə paytaxtın Nəsimi rayonu, Rəsul Rza küçəsində qeydə alınıb.

Belə ki, naməlum şəxs 2019-cu ilin dekabr ayının 10-dan yanvarın 18-i aralıqlarında C.Abbaszadənin evinin pəncərəsindən otağa daxil olub. Həmin şəxs evdən 2200 manat pul və 500 manat dəyərində qızıl-zinət əşyaları oğurlayıb.

C.Abbaszadə həmin müddət ərzində mənzildə olmayıb.

Daha sonra o, hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edib.

Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Rza Hüseynzadə tutulub.

Faktla bağlı araşdırma aparılır.
Geri qayıt