Xızı polisi bir gunde 6 şəxsi narkotiklə tutdu - FOTO
Xızı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələri qanunsuz olaraq saxlamaqda şübhəli bilinən altı rayon sakini saxlanılıb.
DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan verilən məlumata görə, RPŞ-nin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon sakinləri, əvvəllər dəfələrlə məhkum olunmuşlar 45 yaşlı Gülağa İmanbaxışov və “Qəzi” ləqəbli 34 yaşlı Qəzənfər Mobilov, həmçinin 36 yaşlı Rövşən Qurbanov, 48 yaşlı Əlimirzə Rəsulov, 30 yaşlı Zülfüqar və 38 yaşlı Samir Qurbanovlar saxlanılaraq polis şöbəsinə gətiriliblər. Onların üzərilərinə baxış keçirilən zaman Gülağa İmanbaxışovdan küllü miqdarda, təmiz çəkisi 475 qram təşkil edən qurudulmuş marixuana, digər beş nəfərdən isə istehlak miqdarından çox narkotik maddə olan heroin və marixuana aşkar olunub.
Qeyd olunan faktlarla bağlı Xızı RPŞ-də araşdırmalar aparılır.



Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...