SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Qubada kənd sakininə bıçaqla xəsarət yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Qubada kənd sakininə bıçaqla xəsarət yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Tarix:

13-01-2020, 11:03

/ 921 dəfə oxundu.
Qubada kənd sakininə bıçaqla xəsarət yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Quba rayonu Digah kənd sakini Coşqun Həsənbəyovun bıçaqla yetirilmiş kəsilmiş-deşilmiş xəsarəti ilə Quba Rayon Mərkəzi Xəstəxanasına gətirilməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Məlumatla əlaqədar polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində zərərçəkənə xəsarət yetirən Bakı şəhər sakini, əvvəllər narkotik maddələrin satışı ilə məşğul olduğu üçün həbs olunmuş 44 yaşlı Rəşad Aydəmirov saxlanılıb. O, dindirilmə zamanı törətdiyi əməli etiraf edərək, C.Həsənbəyova aralarında yaranmış mübahisə zəminində bıçaqla xəsarət yetirdiyini bildirib.

Faktla bağlı Quba RPŞ-də araşdırmalar aparılır.

Şərhlər

XƏBƏR LENTİ