SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » ADAM BIÇAQLAMAQDA ŞÜBHƏLİ BİLİNƏN ŞƏXS SAXLANILIB

ADAM BIÇAQLAMAQDA ŞÜBHƏLİ BİLİNƏN ŞƏXS SAXLANILIB

Tarix:

8-04-2019, 14:14

/ 1 025 dəfə oxundu.
ADAM BIÇAQLAMAQDA ŞÜBHƏLİ BİLİNƏN ŞƏXS SAXLANILIB

DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, aprelin 6-da axşam saatlarında Gəncə şəhər sakini Elnur Hüseynovun qarın nahiyyəsinin daxilinə keçən kəsilmiş-deşilmiş yarası ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilməsi barədə Nizami Rayon Polis İdarəsinə məlumat daxil olub. Xəstə dərhal əməliyyat olunub.
Polis əməkdaşlarının “isti izlər”lə keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Gəncə şəhər sakini, yetkinlik yaşına çatmayan E. İsmayılov şübhəli şəxs qismində saxlanılıb. O, araşdırma zamanı törətdiyi əməli etiraf edərək, E. Hüseynova aralarında yaranmış mübahisə zəminində bıçaqla xəsarət yetirdiyini bildirib.
Faktla bağlı araşdırmalar aparılır.

Şərhlər

XƏBƏR LENTİ