XalqXəbər.Az

XalqXeber.Az » Hadisə » Masallıda quldurluq: Kafedə kişini döyüb pulunu əlindən aldılar

Masallıda quldurluq: Kafedə kişini döyüb pulunu əlindən aldılar

Masallıda quldurluq: Kafedə kişini döyüb pulunu əlindən aldılar
9-04-2021, 12:37

Masallı rayonunda quldurluq hadisəsi olub.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Masallı Rayon Polis Şöbəsinə müraciət edən əvvəllər məhkum olunmuş R.Nəcəfov aprelin 7-də Sərçuvar kəndi ərazisindəki kafedə naməlum şəxslərin onu döyərək baş nahiyəsinə şüşə qabla xəsarət yetirib, 1 870 manat pulunu aldıqlarını bildirib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Xıl kənd sakinləri H.Hüseynov və R.Nurəliyev müəyyən edilərək saxlanılıblar.
Araşdırma aparılır.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.