Şəmkirdə oğurluq edən şəxslər saxlanıldılar
Şəmkir rayonunda evlərdən və mağazadan oğurluq edilib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Şəmkir Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin müxtəlif vaxtlarında rayon ərazisində 7 fərdi yaşayış evindən və bir mağazadan oğurluq edən şəxslər saxlanılıblar.
Aparılan araşdırmalarla müəyyən edilib ki, Gəncə şəhər sakinləri 34 yaşlı Babək Sadıqov və 31 yaşlı Fərid Torkiyev rayon ərazisindəki evlərə gizli yolla daxil olaraq oradan qızıl zinət əşyaları, müxtəlif məbləğlərdə nağd pul oğurlayıblar. Dəstə üzvləri oğurluq yolla əldə etdikləri qızıl zinət əşyalarının bir qismini Gəncə şəhərində özləri, digər bir qismini isə Bakı şəhər sakini Elba Əhmədov vasitəsi ilə satıblar.
Davam etdirilən istintaq-əməliyyat tədbirləri zamanı saxlanılan şəxslərin Tovuz rayonunda da anoloji cinayət hadisələrini törətdikləri məlum olub.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...