Göygöldə silsilə oğurluq edən şəxslər saxlanılıb
Göygöl rayon Polis Şöbəsinin ( RPŞ) əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Çaykənd kəndi ərazisində yerləşən mağazalardan, fərdi yaşayış evlərindən və avtomobildən silsilə oğurluqlar etməklə zərərçəkmişlərə xeyli miqdarda maddi ziyan vuran 2 nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, araşdırmalarla onların rayon sakinləri 28 yaşlı Eltac İsazadə və 23 yaşlı Saləddin Hüseynov olduqları müəyyən edilib.
Dindirilmə zamanı həmin şəxslər törətdikləri oğurluq hadisələrini etiraf ediblər. Ətraflarında aparılan araşdırmalar zamanı məlum olub ki, onlar iyul ayının müxtəlif vaxtlarında kənd ərazisində yerləşən 2 mağazadan 1503 manat dəyərində tütün məmulatları və müxtəliv növ məhsullar, 2 fərdi yaşayış evindən ümumilikdə 400 manat nağd pul, 200 manat dəyərində qol saatı və müxtəlif məbləğlərdə elektrik avadanlıqları oğurlayıblar. Davam etdirilən istintaq tədbirləri nəticəsində saxlanılan şəxslərin kənd sakininə məxsus avtomobilə gizli yolla qanunsuz daxil olaraq ordan 200 manat dəyərində musiqi avadanlığı da oğurladığı məlum olub. Saxlanılan şəxslərin sonuncu cinayət əməli isə rayon sakininə məxsus 800 manat dəyərində mobil telefonu oğurlamaq olub.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?