Şamaxıda ana uşağına zəhər içirdi
Şamaxıda ehtiyatsızlıq səbəbindən üç yaşlı uşaq zəhərlənib.
Oxu.Az-a istinadən xəbər veririk ki, bu gün səhər saatlarında Şamaxıda yaşayan 2016-cı il təvəllüdlü Rəhimov Cəlal Cəlil oğlu ehtiyatsızlıq səbəbindən zəhərlənib.
Uşağın vəziyyəti ağır olduğundan onu təcili olaraq Bakıya - 1 saylı Kliniki Tibbi Mərkəzə göndəriblər.
1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov açıqlamasında səhər saatlarında mərkəzə zəhərləmə ilə azyaşlı uşağın daxil olduğunu təsdiqləyib. O bildirib ki, uşağın vəziyyəti ağır olduğundan Bakıya göndəriblər:
“Uşağın vəziyyəti həddindən artıq ağırdır. Anası səhvən uşağa xlorofos məhlulu içirib. Hazırda uşağın vəziyyəti kritikdir. Həkimlər əllərindən gələni edir ki, onu ağır vəziyyətdən çıxarsınlar. Bu dəqiqə üçün heç nə demək mümkün deyil”.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...