Bakıda 3 yaşlı uşaq anasını bıçaqladı
Bakıda ehtiyatsızlıq ucbatından azyaşlı uşaq anasına bıçaqla xəsarət yetirib. Hadisə bu gün günorta saatlarında Tofiq Abbasov küçəsi 38, bina 7, mənzil 90-da qeydə alınıb.
1982-ci il təvəllüdlü Əkbərova Səbinə Pirəli qızı 3 yaşlı övladı tərəfindən bıçaqlanıb. Yaralı yaxınlarının köməyi ilə 3 nömrəli Şəhər Kliniki Xəstəxanasına gətirilib. İlkin müayinələr zamanı 35 yaşlı qadının sağ sarğı nahiyyəsindən xəsarət aldığı məlum olub. Yaralıya tibbi yardım göstərilib və cərrahiyyə şöbəsinə yerləşdirilib.
Faktla əlaqədar Nizami Rayon Polis İdarəsinə məlumat verilib. Araşdırmalar zamanı məlum olub ki, Səbinə Əkbərovanın övladı nevroloji xəstədir və bıçağı da stolun üzərindən götürərək hadisəni törədib. Zərərçəkmişin sözlərinə görə, o, ehtiyatsızlıq edərək mətbəx bıçağını uşağın əli çatan yerdə qoyub, hadisə də bu zaman baş verib.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...