XalqXəbər.Az

www.XALQXEBER.az » Hadisə » Metro keçidində gənc özünü doğradı - Polislərə görə... -FOTO

Metro keçidində gənc özünü doğradı - Polislərə görə... -FOTO

Metro keçidində gənc özünü doğradı - Polislərə görə... -FOTO
29-03-2017, 20:21

Metro keçidində polis əməkdaşlarının saxlamaq istədiyi şəxslərdən biri hər kəsin gözü qarşısında özünə lezva ilə xəsarət yetirib.

Hadisə bu gün səhər saatlarında "Koroğlu" metrostansiyasının keçidində baş verib.

Məlumata görə, polis əməkdaşları 20-25 yaşlarında olan iki şübhəli şəxsi saxlamaq istəyib. Onlardan biri polisin əmrinə tabe olsa da, digər şəxs müqavimət göstərib.

Hadisə şahidlərinin dediyinə görə, müqavimət göstərən şəxs dilinin altından lezva çıxararaq qoluna xəsarət yetirib. Qan içində olan şəxs dostunu sərbəst buraxılmasını istəyib.

Polis əməkdaşları özünə xəsarət yetirən şəxslə danışıq apararaq onu fikrindən daşındırıb. Hər iki şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Onlar narkotik vasitə istifadəsində şübhəli biliniblər.

Metro keçidində gənc özünü doğradı - Polislərə görə... -FOTO
Metro keçidində gənc özünü doğradı - Polislərə görə... -FOTO

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.