SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Əri tərəfindən yandırılan ana da öldü...

Əri tərəfindən yandırılan ana da öldü...

Tarix:

19-08-2019, 09:59

/ 695 dəfə oxundu.
Əri tərəfindən yandırılan ana da öldü...

Əri tərəfindən yandırılan 24 yaşlı Mətanət Məsimova həkimlərin səyinə baxmayaraq, bu gün səhər saat 06:20-də aldığı xəsarətlərdən dünyasını dəyişib.

Səhiyyə Nazirliyindən daxil olan məlumata görə, qadın bədəninin 70 % (4 cü dərəcəli) yanığı ilə kritik vəziyyətdə 5 saylı xəstəxananın yanıq şöbəsinə çatdırımışdı.

Dərin nekrozlaşmış yanıq diaqnozu ilə xəstəxanaya çatdırılan 54 yaşlı Səltənət Məmmədovanın (Mətanət Məsimovanın anası) vəziyyəti də kritik olaraq qalıb. Həkimlərin bildirdiyimə görə o, həyati təhlükə altındadır.

Xatırladaq ki, hadisə ötən gün Şəmkirdə Sarıtəpə kəndində qeydə alınıb. M. Məsimova həyat yoldaşından boşanaraq 2 yaşlı övladı ilə atası evində qalırmış. Elə yanğını da Mətanətin boşandığı şəxs törədib. Belə ki, gecə saat 3 radələrində Dəllər Cəyir kənd sakini Elmar adlı şəxs benzinlə keçmiş arvadının yatdığı otağa daxil olub və evi yandırıb. Yanğın zamanı evdə olan 2017-ci il təvəllüdlü Məmmədov Nicat Elmar oğlu ölüb.

Şərhlər

XƏBƏR LENTİ