Fahişəliyə cəlb etmədə təqsirləndirilən “Antalya Mehman” sayt rəhbərlərini tutdurdu
"Antalya Mehman” ləqəbi ilə tanınan Mehman Həsənova hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən "Bakunews" saytının rəhbəri Mirkənan Seyidov və “infoplyus.tv” saytnın rəhbəri Cəlal Məmmədovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə C.Məmmədov 5 il 3 ay və M.Seyidov isə 5 il müddətinə azadlıqdan məhrum edilib. Barələrində seçilmiş polisin nəzarəti qətimkan tədbiri ləğv edilib və jurnalistlər məhkəmə zalından həbs olunub.
İttiham aktına əsasən, M.Seyidovla C.Məmmədov “Antalya Mehman” ləqəbi ilə tanınan Mehman Həsənova qarşı hədə-qorxu ilə pul tələb ediblər.
İstintaq dövründə jurnalistlərin barəsində polisin nəzarəti qətimkan tədbiri seçilib.
Xatırladaq ki, M.Həsənov hazırda qadınları fahişəliyə cəlb etmədə təqsirli bilinir. Onun cinayət işi üzrə məhkəməsi Nəsimi Rayon Məhkəməsində araşdırılır. Bu cinayət işində 10 zərərçəkmiş var.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...