XalqXəbər.Az

XalqXeber.Az » Hadisə » Azərbaycanda toyda kütləvi zəhərlənmə: 26 nəfər xəstəxanalıq oldu

Azərbaycanda toyda kütləvi zəhərlənmə: 26 nəfər xəstəxanalıq oldu

Azərbaycanda toyda kütləvi zəhərlənmə: 26 nəfər xəstəxanalıq oldu
5-08-2019, 21:23

Qəbələnin Zərgərli kəndində keçirilən toyda kütləvi zəhərlənmə olub.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, 26 nəfər Qəbələ MRX-ya çatdırılıb. Onlara lazımi tibbi yardım göstərilib.

Faktla bağlı hüquq-mühafizə orqanlarına və Qida Təhlükəsizliyi Agentliyinə məlumat verilib. Hazırda xəstəxana gücləndirilmiş rejimdə işləyir.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.