XalqXəbər.Az

XalqXeber.Az » Hadisə » Mebel fabrikində kütləvi zəhərlənmə olub - Cəlilabadda OLAY

Mebel fabrikində kütləvi zəhərlənmə olub - Cəlilabadda OLAY

Mebel fabrikində kütləvi zəhərlənmə olub - Cəlilabadda OLAY
31-01-2019, 15:32

Cəlilabad rayonunda mebel fabriklərində kütləvi zəhərlənmə olub.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonda yerləşən "Woodpecker" mebel fabrikində qeydə alınıb.

İlkin məlumata görə, zəhərlənmə əşyaların düzəldilməsi üçün istifadə olunan xüsusi kleylərdən baş verib. Hadisə nəticəsində 5 nəfər xəstəxanaya çatdırılıb.

Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.