SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Mingəçevirdə bank əməkdaşı BIÇAQLANDI

Mingəçevirdə bank əməkdaşı BIÇAQLANDI

Tarix:

25-07-2019, 12:22

/ 786 dəfə oxundu.
Mingəçevirdə bank əməkdaşı BIÇAQLANDI

Mingəçevir şəhərində bıçaqlanma hadisəsi qeydə alınıb.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə bu gün banklardan birinin qarşısında baş verib. Belə ki, tanışı tərəfindən bayıra çağırılan bank əməkdaşı Həsənov Aydın Sədrəddin oğlu həmin şəxs tərəfindən bıçaqlanaraq ağır xəsarət alıb. Yaralı həmkarları tərəfindən xəstəxanaya çatdırılıb.

Hadisənin baş vermə səbəbi hələlik məlum deyil.

Faktla bağlı araşdırmalara başlanılıb.

Şərhlər

XƏBƏR LENTİ