SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Azərbaycanda biznesmeni “lapatka” ilə döydülər

Azərbaycanda biznesmeni “lapatka” ilə döydülər

Tarix:

1-12-2017, 10:49

/ 1 309 dəfə oxundu.
Azərbaycanda biznesmeni “lapatka” ilə döydülər

Mingəçevir şəhərində sahibkara hücum olub.

Əllərində ağac və bel (lapotka) olan bir qrup naməlum şəxs çörək sexinin qarşısında Elşən adlı sahibkara hücum edərək onu döyüb.

Hadisə sahibkar "Lund Cruiser” markalı avtomobilindən düşərək sahibi olduğu çörək sexinə getmək istəyən zaman baş verib.

İş adamı ağır xəsarətlər alıb. O, xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, sahibkar Tərtər rayon sakinidir və Mingəçevirdə sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Hücumun hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Faktla bağlı araşdırmalara başlanılıb.

Şərhlər

XƏBƏR LENTİ