Masazırda film kimi olay: "BMW" 5 maşını vurdu, sürücü vəhşicəsinə döyüldü
Masazırda film kimi olay: "BMW" 5 maşını vurdu, sürücü vəhşicəsinə döyüldü - VİDEOHadisə yerinə DYP əməkdaşları gələrək döyülən şəxsi ərazidən uzaqlaşdırıblar
Bu gün Bakı-Sumqayıt yolunun Masazır dairəsində film kimi cinayət hadisəsi baş verib. Saytımızın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə hadisə zamanı 1 nəfər ciddi xəsarət alıb, 5-dən çox avtomobil zərər çəkib.
7news-ə istinadən xəbər veririk ki, hadisə 90 NL 620 dövlət qeydiyyat nişanlı 'BMW 750' markalı avtomobilin 99 SV 076 dövlət qeydiyyat nişanlı 'Hyundai Elantra' markalı avtobili təqibindən sonra başlayıb. Yüksək sürətlə hərəkət edən 'BMW' markalı avtomobilin sürücüsü 'Elantra'nı Masazır dairəsində tıxaca salır və surətlə arxasından vurur. Vurduqdan sonra əsəbi soyumayan sürücü surəti artıraraq 'Elantra'nı yoldan çıxarmağa çalışır. 5-dən çox avtomobil də bu zaman ciddi zərər görür.
Məlumata görə olayların ən dəhşətli hissəsi isə bundan sonra başlayır. 'BMW'dən düşən 3-4 nəfər idmançı təəssüratı bağışlayan gənc əvvəlcə 'Elantra' sürücüsünü maşından çıxarır, sonra elə Masazır dairəsində də ölümcəsinə döyürlər. Döyülən şəxsə qarşı başqa avromobildən düşən şəxslər də hücum edir. Ətrafdakı insanların müdaxiləsi nəticəsində 'Elantra' sürücüsü ölümdən yaxa qurtarır. Məsələnin ən maraqlı tərəfi isə budur ki, 'vorzakon'lar öz 'işlərini'gördükdən sonra öz avtomobilləri ilə yanaşı döyülən şəxsin də avtomobilini sürərək hadisə yerindən uzaqlaşırlar.
Döyülən şəxsin müxbirimizə verdiyi məlumata görə hadisə onun dostu ilə bu şəxslər arasında baş verən mübahisəyə görə olub.
Daha sonra hadisə yerinə DYP əməkdaşları gələrək döyülən şəxsi ərazidən uzaqlaşdırıblar.
Mövzunu diqqətdə saxlayacağıq.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...