Çay kənarında narkotik bitki yetişdirən İsmayıllı sakini saxlanılıb
İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən ötən gün narkotik vasitələrin qanunsuz dövriyyəsi, onların kultivasiyası ilə məşğul olan şəxslərin aşkar olunaraq məsuliyyətə cəlb olunmaları istiqamətində növbəti əməliyyat tədbiri keçirilib.
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən rayonun Göytəpə kəndi ərazisindən keçən Əyriçay çayının kənarında xüsusi aqrotexniki qaydada qulluq edilməklə yetişdirilən 30 ədəd çətənə bitkisi və sellofan torbada 325 qram qurudulmamış marixuana aşkar edilib. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində orada narkotik tərkibli bitkilər yetişdirən şəxsin rayonun Göytəpə kənd sakini, əvvəllər də məhkum olunmuş 46 yaşlı Rahil Mirzalıyev olduğu müəyyən edilib. O, şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətirilib. Dindirilmə zamanı həmin çətənə bitkilərinin onun tərəfindən yetişdirildiyini etiraf edib.
Faktla bağlı İsmayıllı RPŞ-də araşdırma aparılır.


Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...