Göyçayda narkotik vasitə becərən keçmiş məhkumlar saxlanılıb - FOTO
Göyçayda narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiyası ilə məşğul olan şəxslərə qarşı bir neçə əməliyyat tədbiri həyata keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli bitkilər əkib-becərməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Potu kənd sakini Ayaz Ovçiyev saxlanılıb. Onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman ümumi çəkisi 11 kiloqramdan artıq olan 12 ədəd çətənə kolu aşkar edilib, onlar qablaşdırılaraq maddi sübut kimi götürülüb.
Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən digər bir əməliyyat zamanı isə şəhər sakini, əvvəllər məhkum olunmuş İxtiyar Məmmədov saxlanılıb. Onun yaşadığı evin həyətinə baxış zamanı aqrotexniki qaydada qulluq göstərilməklə yetişdirilən 3 ədəd çətənə bitkisi və çətənə bitkisindən kustar üsulla hazırlanmış 15 qram qurudulmuş marixuana aşkarlanaraq götürülüb.
Faktlarla bağlı araşdırma aparılır.



Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...