Azərbaycanlı müğənni Moskvada həbs olundu - Ev yandırdı
Moskvada azərbaycanlı müğənni Rizvan Əliyev həbs olunub.
Unikal.org Rusiya mətbuatına istinadən xəbər verir ki, polis tərəfindən saxlanılan müğənni ev yandırmaqda və soyğunçuluqda ittiham olunur.
İş üzrə zərərçəkən kimi isə Rizvan Əliyevin masajçısı Mart Avilov tanınıb. O sosial şəbəkələrdə azərbaycanlı müğənninin ünvanına təhqirlər yağdırıb.
Masajçı polisə ifadə verib. O ifadəsində mayın 25-də çağırışa getdiyini, lakin çağırışın yalan olduğunu və evə dönərkən yanğınla qarşılaşdığını söyləyib. Masajçı evindən içərisində qızıl-ziynət əşyalarının olduğu seyfin də oğurlandığını qeyd edib.
Şübhəli qismində müğənni Rizvan Əliyev saxlanılıb. Məlumata görə, müğənni törətdiyi əməli etiraf edib. R. Əliyev oğurladığı seyfi meşədə gizlədib. Müğənni barəsində ev dustaqlığı qərarı verilib.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...