Tanınmış azərbaycanlı xanım müğənni həbs edilə bilər
Tanınmış müğənni Təranə Qumral məhkəmə qarşısına çıxarılır.
xalqxeber.az criminal.az-a istinadən xəbər verir ki, T.Qumral (Təranə İbrahimova) qanuni qüvvəyə minmiş məhkəmə qərarını qərəzli şəkildə icra etməməkdə təqsirlədirilir.
İşin baxılması Nərimanov rayon Məhkəməsinin hakimi Rəşad Abdulovun icraatına verilib. İş üzrə zərərçəkənlər müğənni Nazənin Salayeva, Məhəbbət Həsənov və Pərviz Abbasovdur. Məhkəmənin hazırlıq iclası mayın 29-a təyin olunub.
T.Qumrala Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə ittiham irəli sürülüb. Həmin maddəyə görə T.Qumral 3 ilədək azadlıqdan məhrum edilə bilər.
Zərərçəkənin vəkili Ceyhun Yusifov faktı təsdiqləyib.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...