Zaqatala sakinləri narkotiklə saxlanılıblar
Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində uğurlu əməliyyat tədbiri həyata keçirilib.
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Zaqatala rayonu Aşağı Tala kənd sakini 33 yaşlı İlkin Məmmədov saxlanılıb. Onun üzərinə şəxsi axtarış keçirilən zaman 11 qrama yaxın qurudulmuş marixuana aşkar edilərək götürülüb. Saxlanılan şəxsin ətrafında davam etdirilən tədbirlərlə onun narkotik vasitəni aldığı mənbə də aşkar olunub. Belə ki, İ. Məmmədovun qurudulmuş marixuananı elə həmkəndlisi 32 yaşlı Soltan Həsənovdan aldığı müəyyən edilib. Şübhəli şəxs qismində saxlanılan S. Həsənovun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman ümumi çəkisi 455 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı araşdırma aparılır.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...