Ağdaşda 5 kq-a yaxın narkotik dövriyyədən çıxarıldı
Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.
DİN Mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Ağdaş şəhər sakini Kamran Xandadaşov saxlanılıb. Onun ətrafında aparılan araşdırmalarla narkotik vasitələri əldə etdiyi mənbə də aşkar edilib. K.Xandadaşov 1 ədəd kibrit qutusundakı qurudulmuş marixuananı rayonun Pirəzə kənd sakini Ziya Əliyevdən aldığı müəyyən edilib. Z. Əliyevin yaşadığı evinə baxış keçirilən zaman satış məqsədilə saxladığı 10 ədəd müxtəlif sellofan torbalarda ümumi çəkisi 4 kq 935 qr qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək