İntim münasibətdə olmağı rədd edən arvadına zor tətbiq edib, körpəsini öldürdü - Azərbaycanda DƏHŞƏT
Azərbaycanda ağlasığmaz qətl hadisəsi baş verib.
Bu haqda sonxeber.az-a 35 yaşlı Ludmila (ad şərtidir- red.) özü məlumat verib.
Qadının sözlərinə görə, birinci əri dörd aylıq qızını qətlə yetirib:
"Mən iki dəfə ailəli olmuşam. Birinci həyat yoldaşım əslən naxçıvanlı idi. İlk övladım qız olub. Ərim hər gün içib çəkirdi. Hətta 7 il bundan öncə bir dəfə çox içkili halda evə gəlib məndən onunla intim münasibətdə olmağı tələb etdi. Mənsə uşağa süd verirdim deyə mane olmamağı xahiş etdim. O, məndən əl çəkməyib zor tətbiq edirdi. İçkili olduğuna görə fikir verməməyə çalışırdım. Ona reaksiya vermədiyimi görüb çölə çıxdı. Bir neçə dəqiqədən sonra evə qayıtdıqda uşağı qucağımda görüb dəliyə döndü. Gözləmədiyim anda uşağı əlimdən alıb üzünə sillələr vurdu. Qızımı onun əlindən ala bilmədim, uşaq ağlayıb keçindi. Gecənin yarısı Təcili Tibbi Yardım çağırıb uşağı tez xəstəxanaya çatdırdım. Xəstəxanada həkimi aldadıb uşağın ehtiyatsızlıq ucbatından əlimdən düşdüyünü dedim".
Ludmila yoldaşının içki və pis vərdişlərin aludəçisi olduğunu qeyd edib:
"İndi də oğurluğa görə türmədədir. O həm oğru, həm də qatildir. Dörd aylıq körpənin canına qıyıb".

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...