SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Bakıda gənc borca görə depressiyaya düşüb, özünü öldürdü

Bakıda gənc borca görə depressiyaya düşüb, özünü öldürdü

Tarix:

11-04-2019, 15:25

/ 919 dəfə oxundu.
Bakıda gənc borca görə depressiyaya düşüb, özünü öldürdü

Bakının Xəzər rayonunda intihar hadisəsi baş verib

News24.az-a istinadla xəbər veririk ki, 26 yaşlı oğlan özünü öldürüb. Bu barədə Xəzər rayon Prokurorluğundan məlumat verilib.

Fevralın 9-u axşam saat 21.00 radələrində Mərdəkan qəsəbəsində yerləşən şəxsi evlərin birindən İsakov Hüseyn Fuad oğlunun cəsədi aşkarlanıb. Mərhum hadisə zamanı evdə tək olub və naqillə özünü asıb.

Məlum olub ki, H. İsakov pul borcu olduğu üçün özünə qəsd edib. O, yaxın tanışından bəlli məbləğdə borca pul alıb və onu qaytara bilməyib. Bu səbəbdən də depressiyaya düşüb. Nəticədə məlum hadisə baş verib.

Hadisə ilə bağlı araşdırma davam edir.

Şərhlər

XƏBƏR LENTİ