XalqXəbər.Az

www.XALQXEBER.az » Hadisə » “Şüşəli bazar”ın keçmiş sahibi özünü öldürdü

“Şüşəli bazar”ın keçmiş sahibi özünü öldürdü

“Şüşəli bazar”ın keçmiş sahibi özünü öldürdü
2-12-2017, 15:04

Bakıda intihar hadisəsi baş verib.

Suraxanı rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə Hövsan qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini Qulu Quliyev yaşadığı evdə özünü asıb. Onun özünə qəsd etməsinin səbəbi hələlik məlum deyil.

Faktla bağlı Suraxanı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, Q. Quliyevin Bakının Yasamal rayonu ərazisində yerləşən və “Şüşəli bazar” kimi tanınan ticarət mərkəzinin keçmiş sahibi olduğu bildirilir.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.