Yasamalda güclü yanğın: bir ailənin 4 üzvü tüstüdən zəhərləndi
Bu gecə Bakı şəhəri, Yasamal rayonunda altımərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yaşayan vətəndaşa məxsus ümumi sahəsi 85 m2 olan 3 otaqlı mənzilin 1 otağının, dəhlizin və eyvanının yanar konstruksiyaları 46 m2 sahədə yanıb, 2 otaq 22 m2 sahədə qarsalanıb.
xalqxeber.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, 4-cü mərtəbədə yaşayan vətəndaşa məxsus ümumi sahəsi 90 m2 olan 3 otaqlı mənzilin eyvanında yüksək temperaturdan lambirdən ibarət məhəccər 2 m2 sahədə əriyib.
Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 3-cü mərtəbədə yaşayan 2 nəfər xilas olunaraq aidiyyəti üzrə təhvil verilib. Mənzilin qalan hissəsi və qonşu mənzillər yanğından mühafizə olunub.
Yanğın saat 03:35-də söndürülüb.
Bu arada APA məlumat yayıb ki, yanğında bir ailənin 4 üzvü tüstüdən zəhərlənib.
Zəhərlənənlər - 1976-cı il təvəllüdlü Nərmin Məmmədova, onun qızı-2009-cu il təvəllüdlü Leyla Məmmədova, qohumları - 1984-cü il təvəllüdlü Səidə Nurəliyeva və 1987-ci il təvəllüdlü Günel Tahirova xəstəxanaya yerləşdiriliblər.
Onlardan S. Nurəliyeva və G. Tahirova evə buraxılıb.
Ana və qızının vəziyyəti isə orta-ağırdır.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır