SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Evdən qızıl oğurlayan saxlanıldı

Evdən qızıl oğurlayan saxlanıldı

Tarix:

15-05-2018, 15:27

/ 1 210 dəfə oxundu.
Evdən qızıl oğurlayan saxlanıldı

DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan verilən məlumata görə, mayın 11-də Xızı rayonunun Qarabulaq kənd sakini H.İsmayılova Rayon Polis Şöbəsinə müraciət edərək, evindən 1500 manat dəyərində qızıl-zinət əşyalarının oğurladığını bildirib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən Abşeron rayon sakini Oleq Larkov qısa müddətdə müəyyən edilərək saxlanılıb. Həmin qızıl-zinət əşyaları maddi sübut kimi ondan götürülüb.
Faktla bağlı Xızı RPŞ-də cinayət işi başlanılıb.

Nizam Həmidov
polis leytenantı

xalqxeber.az

Şərhlər

XƏBƏR LENTİ