Evdən qızıl oğurlayan saxlanıldı

Evdən qızıl oğurlayan saxlanıldı DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan verilən məlumata görə, mayın 11-də Xızı rayonunun Qarabulaq kənd sakini H.İsmayılova Rayon Polis Şöbəsinə müraciət edərək, evindən 1500 manat dəyərində qızıl-zinət əşyalarının oğurladığını bildirib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən Abşeron rayon sakini Oleq Larkov qısa müddətdə müəyyən edilərək saxlanılıb. Həmin qızıl-zinət əşyaları maddi sübut kimi ondan götürülüb.
Faktla bağlı Xızı RPŞ-də cinayət işi başlanılıb.

Nizam Həmidov
polis leytenantı

xalqxeber.az
Geri qayıt