XalqXəbər.Az

XalqXeber.Az » Hadisə » Yevlax sakinini döyüb maşınını əlindən aldılar - Qəzaya düşdülər

Yevlax sakinini döyüb maşınını əlindən aldılar - Qəzaya düşdülər

Yevlax sakinini döyüb maşınını əlindən aldılar - Qəzaya düşdülər
12-03-2018, 12:07

Yevlax rayon sakini Məhərrəm Qasımovun idarə etdiyi avtomobili döyərək almaqda şübhəli bilinən Emin İsmayılov və Əli Bayramov saxlanılıb.

DİN-ə istinadən xəbər veririk ki, hadisə martın 10-da Yevlax şəhərində baş verib. Rayon sakini Məhərrəm Qasımovun idarə etdiyi “VAZ-21011” markalı avtomobilinə sərnişin qismində oturmuş naməlum şəxslər onu döyüb avtomobildən düşürərək qeyd edilən nəqliyyat vasitəsində hadisə yerini tərk ediblər.

Yevlax RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil həmin gün şəhər ərazisində daş hasara vurulmuş vəziyyətdə tapılıb.

Görülmüş tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən həmyerliləri Emin İsmayılov və Əli Bayramov saxlanılıb.

Yevlax RPŞ tərəfindən araşdırma aparılır.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.