Bakı sakininin Meydan TV-yə şərh yazdığı üçün həbs edildiyi deyilir
Yanvarın 24-də Bakı şəhər sakini Rüfət Hikmət oğlu Hüseynov saxlanılıb. Bu barədə onun yaxınları məlumat verib. Bildiriblər ki, səhər saatlarında zəng edərək R.Hüseynovu avtomobilinin radara düşməsi bəhanəsilə polis bölməsinə çağırıblar. Ondan sonra R.Hüseynovdan xəbər çıxmayıb:
"Binəqədidəki müvəqqəti saxlama təcridxanasına aparılarkən yolda əlaqə saxlayıb yalnız onu dedi ki, əvvəlcə 17, sonra da 18-ci polis bölməsinə aparılıb. Oradan da məhkəməyə aparıb 30 sutka həbs cəzası veriblər. Hansı məhkəmə, hansı maddə ilə cəzalandırılıb, bilmirik. Bir də dedi ki, onu Meydan TV-nin "Instagram" səhifəsinə şərh yazdığı üçün tutublar. Polis bölməsində də səhifəsini sildiriblər".
Yaxınları deyir ki, R.Hüseynovun vəkili olmayıb, həbsi barədə ailəsinə məlumat verilməyib.
DİN-in mətbuat xidmətindən məsələyə münasibət öyrənmək mümkün olmayıb.
Meydan TV

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?