"Arvadım çox deyinirdi, boğub öldürdüm" - BAKIDA ŞOK OLAY
Yanvarın 24-nə keçən gecə Suraxanı rayonu, Əmircan qəsəbəsində 33 yaşlı kişinin keçmiş həyat yoldaşını boğaraq öldürməsi hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb. Hasil Bayramov küçəsində yerləşən mənzildə 1985-ci il təvəllüdlü Babayev Rahib Telman oğlunun 1992-ci ildə anadan olmuş Orucəliyeva Ülviyyə Sulduz qızını ailə münaqişəsi zəminində öldürdüyü məlum olub.
Bildirilir ki, onlar rəsmən boşansalar da, birgə yaşamağa davam ediblər. Hətta R.Babayev birgə yaşamalarına baxmayaraq, məhkəmənin 2 övladı ilə bağlı təyin etdiyi aylıq alimenti də ödəyirmiş. Fəhlə işləyən Rahib eyni zamanda ailəsi ilə əlaqələrini kəsməyib. Lakin onunla rəsmən boşandığı həyat yoldaşı arasında vaxtaşırı mübahisələr davam edirmiş.
Yanvarın 23-də axşam saatlarında onlar növbəti dəfə mübahisə ediblər. Daha sonra uşaqlar yatıb. R.Babayev də yuxuya gedib.
Həyat yoldaşını öldürəndən sonra polisə təslim olan 33 yaşlı Rahib Babayev deyib ki, yatandan sonra xanımı onu oyadıb və deyinməyə davam edib. Buna əsəbləşən R.Babayev gecə saat 3 radələrində 26 yaşlı Ülviyyəni boğmağa başlayıb. Qadının öldüyünü görən kişi dərhal küçəyə çıxıb və Əmircanda küçədən keçən post patrol maşınının qarşısını kəsərək arvadını öldürdüyünü, polisə təslim olmaq istədiyini deyib. Hadisə yerinə gələn polislər Rahibin doğru dediyini görüblər.
Faktla bağlı araşdırmalar davam etdirilir.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?