Bakı sakininin Meydan TV-yə şərh yazdığı üçün həbs edildiyi deyilir

Bakı sakininin Meydan TV-yə şərh yazdığı üçün həbs edildiyi deyilir Yanvarın 24-də Bakı şəhər sakini Rüfət Hikmət oğlu Hüseynov saxlanılıb. Bu barədə onun yaxınları məlumat verib. Bildiriblər ki, səhər saatlarında zəng edərək R.Hüseynovu avtomobilinin radara düşməsi bəhanəsilə polis bölməsinə çağırıblar. Ondan sonra R.Hüseynovdan xəbər çıxmayıb:
"Binəqədidəki müvəqqəti saxlama təcridxanasına aparılarkən yolda əlaqə saxlayıb yalnız onu dedi ki, əvvəlcə 17, sonra da 18-ci polis bölməsinə aparılıb. Oradan da məhkəməyə aparıb 30 sutka həbs cəzası veriblər. Hansı məhkəmə, hansı maddə ilə cəzalandırılıb, bilmirik. Bir də dedi ki, onu Meydan TV-nin "Instagram" səhifəsinə şərh yazdığı üçün tutublar. Polis bölməsində də səhifəsini sildiriblər".
Yaxınları deyir ki, R.Hüseynovun vəkili olmayıb, həbsi barədə ailəsinə məlumat verilməyib.
DİN-in mətbuat xidmətindən məsələyə münasibət öyrənmək mümkün olmayıb.

Meydan TV
Geri qayıt