XalqXəbər.Az

www.XALQXEBER.az » Hadisə » Bakıda məktəbdə şagirdlər arasında qanlı dava

Bakıda məktəbdə şagirdlər arasında qanlı dava

Bakıda məktəbdə şagirdlər arasında qanlı dava
17-10-2017, 10:28

Bakıda orta məktəbdə bıçaqlanma hadisəsi baş verib

Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi ərazisində yerləşən 282 saylı orta məktəbdə 10-cu sinif şagirdi, 2002-ci il təvəllüdlü Samir Fətullayev 14 yaşlı Rahib Babayevi bıçaqlayıb. Ağır xəsarət alan məktəbli xəstəxanaya yerləşdirilib.

Bildirilir ki, məktəbdə bıçaqlanan R.Babayev 8-ci sinif şagirdidir. Hadisənin hansı səbəbdən baş verməsi hələlik dəqiq məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.