Bakıda məktəbdə şagirdlər arasında qanlı dava

Bakıda məktəbdə şagirdlər arasında qanlı dava Bakıda orta məktəbdə bıçaqlanma hadisəsi baş verib

Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi ərazisində yerləşən 282 saylı orta məktəbdə 10-cu sinif şagirdi, 2002-ci il təvəllüdlü Samir Fətullayev 14 yaşlı Rahib Babayevi bıçaqlayıb. Ağır xəsarət alan məktəbli xəstəxanaya yerləşdirilib.

Bildirilir ki, məktəbdə bıçaqlanan R.Babayev 8-ci sinif şagirdidir. Hadisənin hansı səbəbdən baş verməsi hələlik dəqiq məlum deyil.

Faktla bağlı araşdırma aparılır.
Geri qayıt