XalqXəbər.Az

www.XALQXEBER.az » Hadisə » Bakıda faciə: Ana və oğlunun meyiti tapıldı

Bakıda faciə: Ana və oğlunun meyiti tapıldı

Bakıda faciə: Ana və oğlunun meyiti tapıldı
9-10-2017, 10:31

Bakıda ana və azyaşlı oğlu dəm qazından boğulub.

Hadisə Nizami rayonunun Keşlə qəsəbəsi, Abdulla Mirzəyev küçəsindəki həyət evində baş verib.

1991-ci il təvəllüdlü Məmmədova Aygün Məhərrəm qızı 5 yaşlı oğlu Turalla hamamda olarkən dəm qazından boğulub. Ana və oğlundan xəbər çıxmadığını görən yaxınları hamama daxil olanda, onların hər ikisinin öldüyünü görüblər.

Faktla bağlı araşdırma aparılır.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.