SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Ana və övladları dəm qazından ZƏHƏRLƏNDİ

Ana və övladları dəm qazından ZƏHƏRLƏNDİ

Tarix:

3-04-2022, 18:40

/ 422 dəfə oxundu.
Ana və övladları dəm qazından ZƏHƏRLƏNDİ

Mingəçevir şəhərində ana və iki övladı dəm qazından zəhərlənib.

Hadisə şəhərin Müslüm Maqomayev küçəsində baş verib.

45 yaşlı Qədirova Elmira Qərib qızı və onun övladları, 10 yaşlı Qədirov Elvin Elçin oğlu, 9 yaşlı Qədirov Elmir Elçin oğlu yaşadıqları mənzildə dəm qazından boğulub.

Ana və övladları xəstəxanaya yerləşdirilərək həkim nəzarətinə götürülüblər.

Faktla bağlı araşdırma başladılıb.(apa.az)

Şərhlər

XƏBƏR LENTİ