XalqXəbər.Az

www.XALQXEBER.az » Hadisə » Azərbaycanlı idmançı Ukraynada dənizdə boğuldu

Azərbaycanlı idmançı Ukraynada dənizdə boğuldu

Azərbaycanlı idmançı Ukraynada dənizdə boğuldu
20-09-2017, 14:39

Azərbaycanlı idmançı Kamil Yusubov Ukraynada dənizdə boğulub. Hadisə 2 gün öncə baş verib.

Bir müddət güləşlə məşğul olan Kamil Ukraynada yaşayırmış. Odessa şəhərində bizneslə məşğul olan Usubovun cəsədi dənizdən çıxarılıb.

Mərhumun cənazəsi bu gün Azərbaycana gətiriləcək.

Qeyd edək ki, Kamilin qardaşı Ramil Yusubov da hazırda Azərbaycan sərbəst güləş millisinin üzvüdür. Ramil son Azərbaycan çempionatında bürünc medal qazanıb.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.