XalqXəbər.Az

www.XALQXEBER.az » Hadisə » Moskvada azərbaycanlı qətlə yetirildi

Moskvada azərbaycanlı qətlə yetirildi

Moskvada azərbaycanlı qətlə yetirildi
20-09-2017, 09:19

Qətlə yetirlən şəxs dava edənləri sakitləşdirmək istəyərkən bıçaqla ürəyindən iki zərbə alıb.

Rusiyada azərbaycanlı qətlə yetirilib. Hadisə bir neçə dəqiqə əvvəl Moskva şəhərindəki ''Sodovod'' bazarında, ''Uzbekskaya kuxnya'' restoranında törədilib.

Həmyerlilərimizin verdiyi məlumata görə, öldürlən şəxs əslən Şamaxıdan olan gəncdir.

Restoranda yeyib-içən tanışlar arasında dava düşüb. Qətlə yetirlən şəxs dava edənləri sakitləşdirmək istəyərkən bıçaqla ürəyindən iki zərbə alıb. O, hadisə yerində keçinib.

Cinayəti törədən şəxslər ''Priora'' markalı avtomobillə qaçıblar. Qatil gedərkən cinayətdə istifadə etdiyi bıçağı restoranın qarşısındakı kanalizasiya quyusuna atıb.

Hazırda hadisə yerində hüquq-mühafizə orqanı əməkdaşları araşdırma aparır. Bütün ''Priora'' markalı avtomobillər saxlanılaraq yoxlanır.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.